Asim Xudiyev Türkiyə millisinin oyununda
14.09.2021 , 13:54

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.
Korner.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət Türkiyə və Portuqaliya yığmaları arasında dünya çempionatının seçmə oyununda hakim-isnpektor olacaq.
Qarşılaşma sentyabrın 16-da Türkiyənin Alanya şəhərindəki “Oba” stadionunda keçiriləcək.
