Asim Xudiyev Qazaxıstan – Türkiyə oyununda
05.10.2021 , 17:21

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Korner.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Qazaxıstan – Türkiyə oyununda hakim-inspektor olacaq.
Qarşılaşma oktyabrın 12-si Qazaxıstanın Karaqanda şəhərindəki “Şaxtyor” stadionda keçiriləcək.
