Asim Xudiyev “Qəbələ” – “Hayduk” oyununda
03.10.2022 , 23:08

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının birinci mərhələsi çərçivəsində “Qəbələ” ilə Xorvatiyanın “Hayduk” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.
Sözügedən qarşılaşma sabah – oktaybrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək. Saat 17:00-da başlayacaq oyunu Türkiyədən olan hakimlər (Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay) idarə edəcəklər.
