Asim Xudiyev erməni ilə eyni oyunda
26.11.2018 , 19:10

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev erməni ilə eyni oyuna təyinat alıb.
Onun, hakim-inspektoru olacağı Avropa Liqasının qrup mərhələsininin “Astana” (Qazaxıstan”) – “Dinamo” (Kiyev, Ukrayna) matçının UEFA nümayəndəsi isə Ermənistan təmsilçisi Artur Azaryan seçilib.
A.Xudiyev əvvəllər Avropa Liqasının II təsnifat mərhələsində Monteneqronun “Sutyeska” və Ermənistanın “Alaşkert” komandaları arasında keçirilən görüşün hakim-inspektoru olub.
Qeyd edək ki, “Astana” – “Dinamo” oyunu noyabrın 29-u Bakı vaxtı ilə saat 19:50-də başlayacaq.
