Asim Xudiyev Çempionlar Liqasının oyununda
13.08.2020 , 14:12
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Çempionlar Liqasının oyununa təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 1-ci təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, sözügedən görüş avqustun 19-da Tbilisidə keçiriləcək.