Asim Xudiyevə beynəlxalq təyinat
01.09.2020 , 16:32
Asim Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.
Korner.az xəbər verir ki, sentyabrın 3-də Skopye şəhərində keçiriləcək Şimali Makedoniya – İspaniya oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.