Asim Xudiyevə UEFA-dan təyinat
08.07.2019 , 18:33

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,o,birinci mərhələnin cavab oyunları çərçivəsində “Norrköpinq”(İsveç) və “Sent Patriks” (İrlandiya ) arasında keçiriləcək qarşılaşmasının hakim-inspektoru olacaq.
“NYA Parken” stadionundakı matç iyulun 18-də olacaq.
