Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Xudiyev bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda iş başında olacaq.
O, iyulun 29-da Buxarest şəhərindəki “Nationala Arena” stadionunda keçiriləcək “Styaua” (Rumıniya) – “Partizan” (Serbiya) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, Asim Xudiyev daha öncə Avropa Liqasında II təsnifat mərhələsinin “Kayrat” (Qazaxıstan) – “Alaşkert” (Ermənistan) matçının hakim-inspektoru olub.
