Bu gün Topaz Premyer liqasının XIII turu çərçivəsində “Qəbələ” “Kəpəz”in qonağı olub
Böyük hesabla qalib gələn “Qəbələ”nin futbolçusu Asif Məmmədov oyun haqda fikirlərini bildirib:
– Gəncədə oyunlarımızı hər zaman ağır keçib. Bu stadiondan xal almaq çətin idi. Ona görə də, çox ciddi hazırlaşmışdıq. Məhz bu hazırlıq öz bəhrəsini vedi.
-Bu cür hesab gözlıyirdiniz?
– Sözün açığı, belə hesab gözləmirdik. Qalib gələcəyimizə inanırdıq, amma bu nəticə bizi də təəccübləndirdi.
-“Kəpəz”ə 2-0 uduzmuşdunuz. Bu necə olmuşdu bəs?
-Futboldu, nə olacağını əvvəldən demək çətindir. O oyunda oyunumuz alınmamışdı. Bəlkə də rahat çıxmışdıq oyuna.
-“Kəpəz” in köhnə meydanı olsaydı yenə çətin olardımı oyun?
-Məncə hə, Sözün əsl mənasında ən yaxşı stadionlardan biridir.
-Səncə “Qarabağ” a çatmaq real görünürmü?
-Əlbəttə ki realdı. Ona çatmağımıza az qalıb. Əvvəlcə “Zirə”ni keçməliyik, yəni qarşıda hələ 14-15 oyun var.
-“Zirə” – “Qarabağ” oyununda hansı nəticəni arzulayardın.
-Biz o oyunlara baxmırıq. Bizə sərf edən hansıdırsa, o da olsun.
