Asif 4-cü pillədə, Qismət “20-lik”də
25.03.2020 , 18:50

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları “Qəbələ”də ən çox matça çıxanların siyahısında dəyişikliklərə səbəb olub.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində çıxışını davam etdirən iki futbolçu “20-lik”də yer alıb. Onlardan biri – klubumuzun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub.
Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu “20-lik”dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.
İndiki heyətdə rekordçu Asif Məmmədovdur. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.
Siyahıya 220 oyun keçirən Urfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadır.
“20-lik”də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i legionerdir.
Ən çox oyun keçirən 20 futbolçu
1. Urfan Abbasov – 220
2. Dmitri Bezotosnı – 166
3. Dodo – 161
4. Asif Məmmədov – 143
5. Vojisıav Stankoviç – 142
6. Elvin Camalov – 141
7. Viktor Mendi – 127
8. Samir Zərgərov – 122
9. Cavid Hüseynov – 117
10. Rafael Santos – 104
11. Pavel Doroşev – 99
12. Abdulkader Kamara – 97
13. Azər Həşimov – 95
14. Rəşad Sadiqov – 91
15. Lyubo Baranin – 90
16. Əli İsmayılov – 82
17-18. Qismət Alıyev – 80
Sergey Zenyov – 80
19. Vitali Vernidub – 78
20. Filip Ozobiç – 74
