“Malyorka”nın hücumçu yarımmüdafiəçisi Marko Asensio rəsmən “Real”ın oyunçusu oldu.
Korner.az-ın məlumatına görə,18 yaşlı futbolçu Madrid klubu ilə 6 illik müqavilə imzalayıb. 2014/15 mövsümünün sonuna kimi isə o “Malyorka”da çıxış edəcək.
Transferin məbləğinin 3,5 milyon avro olduğu bildirilir.
Qeyd edək ki, “Barselona” da bu futbolçunu transfer etmək istəyirdi.
