“Aşdod” – “Qarabağ”: hakimlər açıqlandı
24.07.2021 , 12:42

Konfrans Liqasının II təsnifat mərhələsinin “Aşdod” – “Qarabağ” matçına hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü Novak Simoviçin başçılıq etdiyi serbiyalı hakimlər briqadası idarə edəcək. Ona Nikola Coroviç və Miloş Simoviç yardım göstərəcəklər. Ehtiyat hakim Aleksandar Jivkoviçdir.
Qeyd edək ki, matç iyunun 29-da İsraildə keçiriləcək.
