“Roma” “Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda təmsilçimiz “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.
Oyundan sonra “canavarlar”ın yarımmüdafiəçisi Stefan El-Şaaravi jurnalistlərə müsahibə verib.
– Çətin qələbə əldə etdiniz. Bunu gözləyirdiniz?
– Asan qələbə qazanacağımızı gözləmirdik də. Oyuna ciddi yanaşırdıq. İlk hissədə vurduğumuz 2 qol bizi zəfərə apardı. Düzdü, “Qarabağ” öz oyunu ilə bizi ikinci hissədə sarsıtdı. Amma buna baxmayaraq, biz vacib olan 3 xalı əldə etdik.
– “Qarabağ” Seriya A təmsilçiləri olan “Benevento” və “Verona”dan fərqlənir?
– Azarkeşlərin atmosferi möhtəşəm idi. Çempionlar Liqasında zəif komanda olmur. Düzdü, çempionatda da asan oyunlarımız olmur. Bunu söyləmək bizə asan gələ bilər. Biz faktiki çox əziyyət çəkdik və qalib gəldik.
– Eysebio Di Françeskonun rəhbərliyi altında oynamaq necədi?
– Çox çalışmaq lazımdı. Biz inamla irəli gedirik. Artıq ardıcıl 4-cü qalibiyyətimizi qazandıq.
– Həftəsonu “Milan”la matç barədə nə düşünürsünüz?
– “Milan” çempionatda 2 oyunda artıq uduzub. Bizimlə görüşdə qələbəni hədəfləyəcəklər. Asan olmayacaq. Bu matça ən yaxşı şəkildə hazırlaşacağıq.
