“Bavariya”nın yarımmdüafiəçisi Aryen Roben “Qızıl top” mükafatına namizədləri dəyərləndirib.
Korner.az-ın məlumatına görə, “Bild” qəzetinə danışan holland futbolçu komanda yoldaşı Manuel Noyeri bu mükafata layiq bilib. Ronaldo və Messinin artıq dünya brendi olduğunu deyən Roben Noyerin şanslarını da dəyərləndirib:
“Noyer bu mükafata layiqdi. Onun rəqibləri çətin olsa da, düşünürəm ki, istəyinə nail ola biləcək. Noyer həm qapıçı, həm də müdafiəçidi. Onun rəqibləri artıq dünya brendinə çevrilən Ronaldo və Messidi. İstənilən halda üçlüyə düşmək də böyük uğurdu”
