Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya” klubunun futbolçusu Aryen Roben “Bavariya”dan gedib-getməyəcəyi il bağlı suallara aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu öz açıqlamasında bunları deyib: “Hal-hazırda bütün diqqətimi futbola yönəltmişəm. Hələlik müqavilə haqqında fikirləşmirəm. Ən az 6 ay buradayam. 1-2 il daha burada qala bilərəm. Meydanda olmağımın hələ də əyləncəli olduğunu düşünürəm. Hal-hazırda ən yüksək səviiyədə oynamağa davam edirəm. Bir müddət də bu səviyyədə qalmaq istəyirəm. Çin, ABŞ, Avstraliyadan və Hollandiyadan gələn təklifləri də nəzərə alıram”
