“Neftçi”nin təhlükəli komanda olduğunu çox yaxşı bilirik. İlk oyunda qeydə alınan 0:0 hesabı bizi cütün favoritinə çevirmir. Bu nəticə yalnız oyunumuzu yaxşılaşdırmağa nikbin baxmaq imkanı verir. Maliyyə baxımından varlı klubla oynayırıq ki, imkanları onlara istədikləri kimi hazırlaşmaq imkanı verir”.
Korner.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu ərəfəsində Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa mətbuat konfransı keçirərkən deyib.
Korça klubunun təcrübəli çalışdırıcısı : “Neftçi”dən qorxmursuz?” sualına belə cavab verib.
“İlk qarşılaşmada uduzmadığımızdan indi də qorxmuruq. Sadəcə ehtiyatlı olmalıyıq. Arxaya çəkilib müdafiə olunmamalıyıq. Amma həddən artıq diqqətli olmaq fikrindəyik. Arxaya çəkilməklə “Neftçi”yə açıq meydan vermək olmaz. Bu üzdən orta sahədə daha sərt oynamalı, imkan düşəndə sürətli hücum qurmalıyıq.“.
