“Arvadım çağırır” dedi, konfransı tərk etdi – Video
26.11.2018 , 20:14
“Barselona”nın basketbol komandasının baş məşqçisi Svetislav Peşiç “Milan”la oyundan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib.
Buna həmin vaxt mütəxəssisə gələn telefon zəngi səbəb olub. Tədbirin sonunda, qazanılan qələbənin əhəmiyyətindən danışarkən məşqçinin telefonu zəng çalıb. Telefon zənginin həyat yoldaşından gəldiyini görən Beşiç “Üzrlü sayın, arvadım evdə məni gözləyir” deyərək, mətbuat konfransını tərk edib.
