Məşhur futbolçu, Almaniyanın “Bavariya” komandasının yeni transfer etdiyi Arturo Vidalın atası külli miqdarda narkotiklə tutulub.
Korner.az-ın məlumatına görə, çilili futbolçunun atası Erasmo Vidal 4 çanta kokainlə yaxalanıb.
Hadisə Arturo Vidalın “Bavariya”ya transfer olduğu gün baş verib. İmza mərasimi günü yaxalanan 54 yaşlı Erasmo daha sonra sərbəst buraxılıb. Onun azadlığa buraxılmasının səbəbi məlum deyil.
