“Yuventus”un çilili ulduzu Arturo Vidal “Mançester Yunayted”lə anlaşmaya çox yaxındır.
Korner.az xəbər verir ki, “M.Y”nin çalışdırıcısı Lui van Qal 55 milyon avro üstəgəl Nani qarşılığında Vidalı komandada görmək istəyir.
Qeyd edək ki, İtaliya çempionatında 3 mövsüm ard-arda çempionluq görən Vidal bu transferə müsbət yanaşır.
