Arturo Vidalın “Bavariya”ya keçidi rəsmiləşib.
Korner.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Bu transfer üçün Münhen təmsilçisi Vidalın müqavilə ilə məxsus olduğu “Yuventus”a 40 milyon avro təzminat ödəyib.
İmzalanma mərasimindən sonra A.Vidal deyib:
“Futbolçu karyeramda yeni səhifə açdım. Burada oynamaq mənim üçün bir xəyal idi. “Bavariya” ilə Çempionlar Liqasının kubokunu qazanmaq istəyirəm”.
