“Bavariya”nın futbolçusu Arturo Vidalın istirahət vaxtı ona baha başa gəlib. Futbolçu öz kompaniyası ilə gecə klubunda olarkən orada kütləvi dava olub.
Münhen şəhərində olan gecə klublarının birində gecə saat 3 radələrində münaqişə yaşanıb. Zərərçəkmişlərdən bir nəfər polisə şikayət etdikdən sonra hüquq mühafizə orqanları məsələyə əl qoyub. Dava edənlər arasında məşhur futbolçu Arturo Vidal da yer alıb.
Şikayıtçi başından zərbə alaraq yaralanıb. Lakin hadisə baş verən klubun sahibi bildirib ki, Arturo Vidal heç kimə xəsarət yetirməyib.
