Çili millisi və “Yuventus”un yarımmüdafiəçisi Arturo Vidal London “Arsenal”ına keçə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Mənbədən bildirilir ki, “Arsenal” 28 yaşlı futbolçunun xidmətində maraqlıdı. “Topçular” Çili millisinin üzvü üçün 30 milyon avrosundan keçməyə hazırdı. Futbolçu özü də “Arsenal”da oynamağın əleyhinə deyil.
