"Beşiktaş" rəhbərliyi baş məşqçi Artur Ziko ilə ilkin razılığa gəlib.
Korner.az-ın məlumatına görə, lakin İraq yığması ilə 2014 – cü ilə qədər müqaviləsi olan Ziko milli komandanı da buraxmaq istəmədiyi bildirilir. Belə olacağı təqdirdə Ziko hər iki komandanı çalışdıracaq.
Qeyd edək ki, brazilyalı baş məşqçi 2006-2007 mövsümündə "Fənərbağça" ilə ölkə çempionu olmuşdu.
