Artur Melo: “Lion”a hörmət edirik, amma…”
13.03.2019 , 14:12

“Barselona” klubunun yarımüdafiəçisi Artur Melo “Lion” ilə oyun öncəsi keçirilən mətbuat konfransında qarşıdakı oyun ilə bağlı fikirlərini bölüşüb.
Çətin oyun olacağını qeyd edən braziliyalı futbolçu azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib:
“Biz Çempionlar Liqasında oynamağın nə dərəcədə çətin olduğunu bilirik. İlk dəqiqələrdən oyuna köklənməliyik, rəqibə hörmət etməliyik və bütün yolumuzu ilk dəqiqədən qurmalıyıq. Çempionlar Liqası xüsusi turnirdir.”
Qeyd edək ki, “Barselona” – “Lion” görüşü bu gecə saat 00:00-da baş tutacaq.
