Bu gün Çempionlar Liqası pley-off mərhələsinin ilk görüşü keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda “Qarabağ” “Kopenhagen”i qəbul edib.
Oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllif 25-ci dəqiqədə fərqlənən Mahir Mədətov olub.
Oyundan sonra komandaların baş məşqçilər matç haqda danışıb. İlk olaraq qonaq komandanın baş məşqçisi Stol Stolbakken jurnalistlərin suallarını cavablandırıb:
– Nəticədən başqa nədən narazı qaldınız?
– Son 30 dəqiqədən.
– “Qarabağ”dan belə oyun gözləyirdizmi?
– Bəli gözləyirdim. İlk 60 dəqiqə bərabər oyun getdi. Son 30 dəqiqə “Qarabağ”ın daha çox enerjisi vardı. Bizim seyvlərimiz olurdu. Nəticə bizim üçün asan deyil, ancaq mümkünsüz də deyil.
– Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiz?
– Düşünürəm ki, “Qarabağ” favoritdi. Xüsusi ilə onlar səfərdə bir qol vursalar, üstün olacaqlar. Ancaq biz qol vursaq üstünlük bizdə olacaq.
– “Qarabağ” ilk dəfə idi Çempionlar Liqası pley-off mərhələsində oynayırdı. Sizcə, azarkeşlər bu günün haqqını verdimi?
– Bu böyük oyun idi. Kənardan hiss olunurdu. Azarkeşlərin dəstəyi futbolçuları daha güclü edirdi
