“Arsenal”ın zədəlisi sıraya döndü
27.03.2025 , 23:15

“Arsenal”ın zədəli futbolçusu Bukayo Saka yenidən məşqlərə başlayıb.
Korner.az xəbər verir ki, ötən ilin dekabrında əməliyyat olunan Saka Premyer Liqanın 17-ci turunun “Kristal Pelas”la matçında zədələnmişdi.
O, bu mövsüm “topçular”ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
