“Arsenal” heyətində ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, London təmsilçisinin qapıçısı Petr Çex zədələnib.
Çexiyalı qolkiper İngiltərə Premyer Liqasının 30-cu turunda “Mançester Siti” ilə oyunu buraxacaq.
Buna səbəb onun “Vest Bromviç”ə qarşı matçda (1:3) zədə almasıdır. Təcrübəli “əlcək sahibi”nin nə zaman yaşıl meydeanlara qayıdacağı hələ müəyyənləşməyib.
