“Arsenal”ın yeni transfer hədəfi
26.05.2025 , 19:59

“Arsenal” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Sportinq”in mərkəz hücumçusu Viktor Diokeresi heyətinə cəlb etmək istəyir.
Bu barədə xarici KİV məlumat yayıb.
“Topçular” hazırda 26 yaşlı isveçli oyunçunun keçidi üçün danışıqlar aparır.
