“Arsenal”ın yeni transfer hədəfi
07.02.2025 , 12:00

“Arsenal”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, “topçular” hazırda “Nyukasl”da çıxış edən isveçli hücumçu Aleksandr İsakı heyətinə cəllb etmək istəyir.
London nəhəngi 25 yaşlı futbolçu ilə hücum xəttini xəttini gücləndirmək istəyir.
Forvard Premyer Liqanın cari mövsümündə 22 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.
