“Arsenal”ın yeni transfer hədəfi
16.01.2025 , 13:57

“Arsenal” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, London klubu yarımmüdafiə xəttini “Real Sosyedad”ın oyunçusu Martin Subimendini ilə gücləndirəcək.
“Topçular” yarımmüdafiəçini yayda heyətinə qatmağı planlaşdırır.
Premyer Liqa nəhəngi 25 yaşlı futbolçu üçün 60 milyon avrosundan keçməyə hazırdır.
