“Arsenal”ın yeni transfer hədəfi
25.12.2024 , 19:32
“Arsenal”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, “topçular” PSJ-nin futbolçusu Randal Kolo Muani ilə maraqlanır.
London klubu transferi qışda bitirmək fikrindədir.
Buna səbəb komandanın iki vingeri – Bukayo Saka və Rahim Sterlinqin zədəli olmasıdır.
Buna görə də klub oyunçunun keçidini tezləşdirmək fikrindədir.