“Arsenal”ın yeni transfer hədəfi
03.07.2024 , 18:30

“Arsenal” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, “topçular” “Bolonya”nın futbolçusu Rikkardo Kalafiori ilə maraqlanır.
London klubu oyunçunun keçidini rəsmiləşdirməyə yaxındır.
Tərəflər razılığa gələrsə, Rikkardo ilə 5 illik müqavilə imzalanacaq.
