“Arsenal”ın yeni hədəfi
17.12.2025 , 09:45
“Arsenal” heyətini gənc qapıçı ilə gücləndirməyi planlaşdırır.
Korner.az xəbər verir ki, London klubu “Milan”ın 20 yaşlı qolkiperı Lorenzo Torrianini transfer siyahısına daxil edib.
Bildirilir ki, “topçular” italiyalı qapıçının “Milan”dakı çıxışını diqqətlə izləyir və onun gələcək perspektivlərini yüksək qiymətləndirir. Torrianinin hazırkı bazar dəyəri 500 min avro təşkil edir.
Gənc futbolçunun “qırmızı-qaralar”la müqaviləsi 2030-cu ilin iyun ayına qədər qüvvədədir. O, bu mövsüm “Milan”ın ikinci komandasında – D Seriyasında 10 matça çıxıb və həmin görüşlərdə qapısında 12 qol görüb.