Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” klubu “Arsenal”ın futbolçusu Santi Kazorlanı transfer etmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, bu haqda “Takvim” xəbər yayıb.
Qeyd edək ki, “Fənərbağça” rəhbərliyi Dik Advokaatın gələn mövsümdə də komandaya baş məşqçilik etməyini istəyir. Təcrübəli mütəxəssis isə bunun üçün əvvəlcə 32 yaşlı futbolçunun transfer olunmasını tələb edir.
Xatırladaq ki, ispan futbolçunun “Arsenal” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
