İngiltərənin “Arsenal” klubunun oyunçusu Məsut Özil London küçəsində avtomobili
ilə qəza törədib.
Korner.az-ın məlumatına görə, 30 yaşlı fotorepartyoru vuran türk əsilli oyunçu
polis idarəsinə çağırılıb. Zərərçəkənin həyatı üçün elə bir ciddi təhlükə
olmaması və zədə almaması Özilin işini
rahatlaşdırıb.
