“Arsenal”ın transfer hədəfindəki futbolçu kimdir?
19.03.2025 , 13:30

“Arsenal”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, “topçular” “Vulverhempton”un hücumçusu Mateus Kunya ilə maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, Premyer Liqa təmsilçisinin 25 yaşlı forvard üçün 62.5 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazır olduğu diqqətə çatdırılıb.
Tərəflər arasında razılıq əldə olunarsa, futbolçunun mövsümün sonunda keçidinin baş tutacağı gözlənilir.
