“Arsenal”ın Sesko planı
18.06.2025 , 22:00

“Arsenal” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, “topçular” “Leyptsiq”in futbolçusu Benyamin Sesko ilə maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, Premyer Liqa klubunun sloveniyalı oyunçuya təklif göndərməyə hazırlaşdığı bildirilib.
Hücumçunun hazırkı transfer dəyəri 80-100 milyon avro arasında qiymətləndirilir.
Bu mövsüm “Leyptsiq”in heyətində 45 matçda iştirak edən Sesko 21 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
