“Arsenal”ın oyunu təxirə salındı
27.12.2021 , 18:37

İngiltərə Premyer Liqasında 20-ci turunda keçiriləcək “Arsenal” – “Vulverhempton” matçı təxirə salınıb.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Buna “Vulverhempton”da koronavirusa kütləvi yoluxma səbəb olub.
Matçın nə vaxt keçiriləcəyinə daha sonra qərar veriləcək.
