“Arsenal”ın müdafiəçisi klubunu dəyişir
15.01.2025 , 12:56

“Qalatasaray” yeni transferə hazırlaşır
Korner.az xəbər verir ki, İstanbul nəhəngi Aleksandr Zinçenkonun keçidi üçün “Arsenal”la danışıqlara başlayıb.
Bu barədə “A Spor” məlumat yayıb.
Ukraynalı sol cinah müdafiəçisinin komandaya ilk olaraq mövsümün ortası fasiləsində, yoxsa mövsümün sonunda qoşulması planlaşdırılır.
Zinçenkonun hazırda bazar dəyəri 30 milyon avrodur. Ukraynalı futbolçunun müqaviləsi 2026-cı ildə başa çatacaq.
Bu mövsüm 11 matçda meydana çıxan ulduz oyunçu bu görüşlərdə fərqlənə bilməyib.
