“Arsenal”ın müdafiəçisi klubunu dəyişir
19.03.2025 , 14:45

“Arsenal”ın müdafiəçisi Qabriel Maqales karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Korner.az xəbər verir ki, braziliyalı futbolçu ilə “Əl-Nəsr” maraqlanır.
Ərəblər oyunçunu yayda heyətinə cəlb etməyi düşünür.
Qabriein hazırkı transfer dəyəri isə 75 milyon avro olaraq qiymətləndirilir.
Onun “Əl-Nəsr”ə keçərsə, yüksək maaş alacağı gözlənilir.
