Almaniya Bundesliqasının 19-cu turunda evdə “Ausburq”a uduzan (0:1) “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Dortmund təmsilçisinin müdafiəçisi Kevin Qrosskroytz zədələnərək sıradan çıxıb.
Matçın 60-cı dəqiqəsində dizindən zədə alan 26 yaşlı futbolçunun ən azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Lakin Qrosskroytzun martın 18-də “Yuventus”la keçiriləcək Çempionlar Liqası matçında iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Kevin ilə London “Arsenal”ı yaxından maraqlanırdı
