“Arsenal”ın kapitanı zədələndi
05.10.2025 , 13:55
İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın kapitanı Martin Edeqor Premyer Liqanın 7-ci turunda “Vest Hem”lə keçirilən qarşılaşmada (2:0) dizindən xəsarət alıb və oyunu yarımçıq tərk edib.
Baş məşqçi Mikel Arteta matçdan sonra verdiyi açıqlamada norveçli futbolçunun zədəsinin ciddi olduğunu söyləyib.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi bu mövsüm “Arsenal”ın heyətində 7 rəsmi oyunda meydana çıxaraq 2 qol ötürməsi ilə yadda qalıb.