“İnter”in futbolçusu Mario İkardi komandadan ayrılması barədə gəzən xəbərlər haqqında danışıb
Korner.az-ın məlumatına görə, 22 yaşlı oyunçu ilə “Arsenal” klubunun maraqlandığı iddia olunur.
İtalya mediasına müsahibə verən ”İnter”in kapitanı isə bunların şayiədən başqa heç nə olmadığını vurğulayıb:
“Heç bir yerə getmirəm. Burada qalıb hədəflərimin dalınca qaçacam. Bu mövsüm keçən dəfəkindən daha çox qol vurmaq istəyirəm. Ən azı 2-3 il klubda qalımağı fikirləşirəm. Komanda olaraq püxtələşməyə doğru gedirik və mövsümün bizim üçün daha yaxşı keçməsi üçün çalışırıq”
Qeyd edək ki, futbolçu bu mövsüm oynadığı 11 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
