“Arsenal”ın iki futbolçusu sıradan çıxdı
20.06.2020 , 18:58
“Arsenal” ciddi itkilərlə üzləşib.
Korner.az xəbər verir ki, London təmsilçisinin iki futbolçusu – Qranit Caka və Pablo Mari sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, hər iki futbolçu Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilmiş “Mançester Siti” ilə səfər oyununda zədələnmişdi.