"Arsenal" daha bir ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Aleks Oksleyd Çemberlen zədələnərək sıradan çıxıb.
Bu barədə danışan London təmsilçisinin baş məşqçisi Arsen Venger belə deyib: "Çemberlen mövsümü erkən başa vurdu. O, 6-8 həftə sonra yaşıl meydanlara qayıdacaq. Çemberlenin "Avro-2016"da oynamaq şansı yoxdur. Çünki o yalnız iyulun əvvəllərində sağalacaq".
