“Arsenal”ın futbolçusu zədələndi – 2 ay olmayacaq
19.04.2019 , 17:45

“Arsenal” klubu Avropa Liqasında “Napoli” ilə çıxdığı görüşdə ciddi itki ilə qarşılaşıb.
“Topçular”ın əsas heyət futbolçusu hesab edilən Aaron Remzi oyunun ilk hissəsinin 34-cü dəqiqəsində zədələnib. Sözügedən klubun baş məşqçisi Unai Emeri futbolçunun bir neçə həftə futbol oynaya bilməyəcyini bildirib. İngiltərə mətbuatı isə futbolçunun 2 aya qədər yaşıl meydanlardan kənar qalacağı yazılıb.
Qeyd edək ki, Aaron Remzi yeni mövsümdən “Yuventus” klubuna keçəcək.
