“Arsenal”ın futbolçusu rəsmən “Beşiktaş”da
31.08.2019 , 21:43

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, klub “Arsenal”dan Məhəmməd Elnenini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu yeni klubunda 1 illik icarə əsasında çıxış edəcək.
Elneni 2015/16 mövsümünün dövrələrarası fasiləsi dövründə İsveçrənin “Bazel” klubundan İngiltərə təmsilçisinə transfer olunub.
