“Arsenal”ın yarımmüdafiəçisi Məsut Ozil “Qızıl top” mükafatını qazanmaq arzusunda olduğunu açıqlayıb.
Korner.az-ın məlumatına görə, Almaniya millisinin Türkiyə əsilli üzvü İngiltərə mətbuatına bunları deyib:
“Əgər mən uğurla inkişaf etməyə davam edəcəyəmsə və güclü qalacağamsa, onda ən yaxın bir neçə ildə “Qızıl top”u qazanmaq istəyirəm. Əminəm ki, bu mümkündü. Düzgün istiqamətdə hərəkət edirəm. Mən dünya çempionuyam və İngiltərə Premyer Liqasının aparıcı klublarından birində oynayıram. Burada La Liqa və Bundesliqaya nisbətən daha çox fiziki güc tələb olunur”.
