“Arsenal”ın futbolçusu Oliver Qiroudun həyat yoldaşını aldatması sübut olunub.
Korner.az-ın məlumatına görə, fransız futbolçunun bir gecə keçirdiyi qadın onun oteldə çəkilmiş fotosunu yayımlayıb.
Bundan sonra Qiroud səhvini boynuna alıb. Rəsmi “Twitter” hesabından açıqlama yayan futbolçu aldatdığı həyat yoldaşından, həmçinin “Liverpul”a 1:5 hesabı ilə yenildikləri matçdan əvvəlki gecəni həmin qadınla oteldə keçirdiyi üçün komandadan və baş məşqçi Arsen Vengerdən üzr istəyib.
