İngiltərənin qadınlardan ibarət milli komandasının üzvü və “Arsenal”ın futbolçusu Cesi Stoney maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, İngiltərənin “BBC” kanalına açıqlama verən Cesi homoseksual olduğunu etiraf edib. Belə ki, millinin kapitanı 10 ildir bu sirri gizlətdiyini artıq bundan narahat olmadığını bildirib:
“Özüm öz haqqımda rahat danışa bilməsəm başqaları necə mənim haqqımda necə yaxşı danışsın? Bəli etiraf edirəm, mən homoseksualam. 10 ildir insanlar mənim haqqımda nə düşünər deyə yaşadım, amma indi bundan qorxmuram. Birlikdə yaşadığım insan tərəfindən çox sevilirəm və həyatımı rahat şəkildə yaşayıram”.
Qeyd edək ki, Cesi Stoney qadınlardan ibarət İngiltərə milli komandasının kapitanıdır.
